Accessibility links

Neçirvan Bərzani:"İraqda durum səbr və təmkin tələb edir"


İraqın muxtar Kürdüstan regionunun baş naziri Neçirvan Bərzani ABŞ qüvvələrinin vaxtından əvvəl İraqdan çıxarılmasının region və bütöv ölkə üçün fəlakət ola biləcəyini deyib. “Amerikanın səsi”nin kürd xidmətinə müsahibəsi zamanı baş nazir deyib ki, Səddam Hüseynin hakimiyyətdən salınmasında sonra İraqdakı inkişafları lazımi şəkildə qiymətləndirmək lazımdır. Neçirvan Bərzani bildirib ki, İraqda durum səbr və təmkin tələb edir. O, Kürdüstan regionunun terrorizmlə mübarizə öhdəliyinə sadiq qaldığını deyib, İraqın Türkiyə ilə sərhəd şimal bölgələrində PKK-ya qarşı mübarizənin siyasi yolla həllinin vacibiliyni vurğulayıb. Kürdüstan regionunun baş naziri keçən həftənin cümə günü ABŞ prezidenti Corc Buşla görüşmüşdü.

XS
SM
MD
LG