Accessibility links

Bağdadın şimalında intiharçı hücumu həyata keçirilib


İraq polsinin bildirdiyinə görə, Bağdadın şimal bölgəsində kamikadze hücumu 6 adamın ölümünə səbəb olub. Təhlükəsizlik qüvvələrini hədəf alan hücum Tarmiyadakı Xəbərdarlıq Şurasının yoxlanış məntəqəsi yaxınlığında həyata keçirilib. ABŞ-ın maliyyələşdirdiyi bu şura əsasən sünni döyüşçülərdən ibarətdir. Əl-Qaidəyə qarşı ABŞ qüvvələrinin mübarizə səylərinə qoşulan bu döyüşçülərin zorakılıqların azalmasında böyük xidməti var.

Səlahuddin vilayətində başqa bir hücum zamanı bir Amerika əsgərinin həlak olduğu, ikisinin isə yaralandığı xəbər verilir.

XS
SM
MD
LG