ABŞ-ın mərkəzi və şimal ştatlarında tornadolar və qasırğala 8 adamın ölümü və böyük dağıntılarla nəticələnib. Ayova ştatının rəsmilərinin bildirdiyinə görə, ştatın şimal-şərqində tornado yeddi adamın ölümünə və bir çox evlərin dağılmasına səbəb olub. Tornado ştatın paytaxtı De Moyn şəhərində 130 kilometr şimal-şərqdə baş verib.
Ayova ştatının qubernatoru üç qraflığını fəlakət zonası elan edib. Bu addım nəticələrin aradan qaldırıması səylərində ştat və yerli rəsmilər arasında koordinasiyanın yaradılmasına xidmət edir. Minnesota ştatının rəsmiləri bildiriblər ki, Minneapolis şəhərinin ətrafında güclü qasırğa 2 yaşlı uşağın ölümü və onlara evin dağılması ilə nəticələnib.