Avropa Birliyi Parlament Assambleyasının Monitorinq Komitəsi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsinə görə dərin narahatlığını bildirib. Təşkilatın Kiyev yığıncağı zamanı təsdiq edilən qətnamə layihəsində deyilir ki, yaranmış vəziyyət prezident seçkilərinin demokratik standartlara müvafiq keçirilməsi üçün hakimiyyətin göstərdiyi səylərə də zərər vurur. Qətnamə layihəsində qeyd olunur ki, Azərbaycanda söz və toplaşma azadlığı sahəsində mövcud olan məhdudiyyətlər Avropa Şurasının üzvü olan bir ölkə üçün qəbuledilməzdir. Sənəddə siaysi məhbuslar probleminin həll edilmədiyi deyilir. Burada Qənimaər Zahidov, Sakit Zahidov və Eynulla Fətullayev kimi müxalifət qəzetlərinin müxbirləri və digər 5 siyasi məhbusun azadlığa buraxılmasına çağırılır. Azərbaycanın sülh yolu ilə həllinin tərəfdarı olduğu Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsində deyilir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməməsi davamlı demokratik inkiaşafları çətinləşdirir. Qətnamə layihəsi iyun ayında Parlament Assambleyasının plenar iclasında müzakirə ediləcək.