Accessibility links

BMT sülhməramlıları uşaqları seksual təzyiqlərə məruz qoyur


“Uşaqları qoruyaq” adlı humanitar qrupun bildirdiyinə görə, yardım işçiləri və sülhməramlılar dünyanın fəlakətli yerlərində uşaqları seksual təzyiqlərə məruz qoysa da, onların bu hərəkətləri geniş şəkildə cəzasız qalır. Bu gün açıqlanan hesabatda deyilir ki, müharibə və fəlakət zonalarındakı uşaqlar kütləvi şəkildə təzyiqə məruz qalır. “Uşaqları qoruyaq” təşkilatının bildirdiyinə görə, ən başlıca günahkarlar BMT-nin sülhməramlı qüvvələridir, ancaq bir çox başqa təşkilatlar da bu hadisələrdən cavabdehdirlər. Böyük Britaniyada açıqlanan “Uşaqları Qoruyağ”ın hesabatı əsasən Fil Dişi Sahili, Cənubi Sudan və Haitidəki yüzlərlə uşağı nəzərdə tutub. Uşaqlar deyib ki, onlar zorlanıb, fahişəliyə vadar edilib və bir çox başqa yollarla seksual təzyiqlərin qurbanı olub.
XS
SM
MD
LG