Accessibility links

Çin daşqınların qarşısını almaq üçün milyonlarla dollar vəsait sərf edir


Çin diqqətini artmaqda olan zəlzələ göllərinə, on minlərlə insanın evakuasiya olunmasına və daşqınların qarşısını almaq üçün milyonlarla dollar xərcləməyə yönəldib. Yaxın günlərdə güclü yağışların gözlənməsi narahatlıqları artırır. Xilasetmə dəstələri gölün yaxınlığında yaşayan 150000-dən çox insanı evakuasiya edib. Çin zəlzələ göllərinin dağıdılması üçün 27 milyon dollar ayırıb. Bu göllər mayın 12-də baş verən zəlzələdən sonra dağıntıların çayın qarşısını kəsməsi nəticəsində yaranıb. Çinin rəsmi Şinxua xəbər agentliyinin bildirdiyinə görə, zəlzələ 34 gölün yaranmasına səbəb olub və onlardan hələ 28-nin daşqın yaratmaq ehtimalı var.
XS
SM
MD
LG