Accessibility links

Əl-Qaidənin İraqdakı liderinin ələ keçirildiyi ehtimal olunur


ABŞ ordusunun bildirdiyinə görə, onlar keçən il ABŞ qoşunlarına qarşı hücumlar təşkil edən Əl-Qaidənin İraqdakı lideri olduğu ehtimal edilən şəxsi ələ keçirib. Hücum və toqquşma Anbar vilayətində baş verib və nəticədə 2 ABŞ əsgəri və ən azı 32 Əl-Qaidə yaraqlısını həlak olub. Ordunun açıqladığı bəyanatda həmçinin deyilir ki, qoşun Bağdad və Mosulda daha 7 yaraqlını həbs edib. Onlardan 4-nün Əl-Qaidənin İraqdakı ali liderləri ilə əlaqələrinin olduğu ehtimal edilir. İraq parlamentindəki böyük sünni ərəb bloku baş nazir Nuri Əl-Maliki ilə kabinet vəzifəsi barədə razılıq əldə olunmadığı üçün şiələrin başçılıq etdiyi hökumətə qoşulmaq haqda danışıqları təxirə salıb. Razılıq Cəbhəsinin rəsmiləri deyir ki, cənab Maliki planlaşdırılmış nazir postuna blokun nominasiyasını qəbul etməyib.
XS
SM
MD
LG