Accessibility links

Iraq polisinə qarşı intiharçı hücumu həyata keçirilib


İraqda polis çağırış məntəqəsinin qarşısında baş verən intiharçı hücumu nəticəsində 16 nəfər həlak olub, 14 nəfər isə yaralanıb. Sincar şəhərinin polis və xəstəxana rəsmiləri deyirlər ki, ölənlərdən 14-ü sıravi polis, 2-si isə polis zabiti olub. İraq şimal qərbində, Mosul şəhərində isə ABŞ qüvvələri 11 Əl-Qaidə yaraqlısını həbs edib. ABŞ ordu sözçüsü mayor Con Holun sözlərinə görə, həbs edilənlərdən birinin Əl-Qaidənin ali üzvü olduğu iddia edilir. Dünən ABŞ ordusu deyib ki, Bağdadda 10 şiə yaraqlısı öldürülüb.
XS
SM
MD
LG