Accessibility links

Cənubi Koreya Amerikadan mal əti idxalının bərpa ediləcəyini bildirib


Cənubi Koreya kütləvi etirazlara baxmayaraq, Amerikadan mal əti idxalının bərpa ediləcəyini elan edib. Seulda müxbirlərlə görüşən kənd təsərrüfatı naziri Cung Vun ölkədə dəli dana xəstəliyinin yayılması ehtimalının mövcud olmadığını deyib. O, hökumətin ABŞ-dan alının mal ətininin təftişinin yaxından monitorinq ediləcəyini bildirib. 2003-ci ildə dəli dana xəstəliyinin yayılmasından ehtiyat edərək, Cənubi Koreya ABŞ-dan mal əti idxalını dayandırmışdı. Azad ticarət razılığı son 4 ildə ilk dəfə aprel ayının 18-də məhdudiyyətlərlə bərpa edilmişdir ki, burada 30 aylıq və ya daha cavan inəyin sümüksüz əti nəzərdə tutulur.

Əksəriyyəti fermerlər olmaqla Cənubi Koreyada minlərlə insan Amerikadan mal əti idxalına etiraz olaraq aksiya təşkil etmişdi. Fermerlər ABŞ-dan alınan uçuz kənd təsərrüfatı məhsullarının onların istehsalına ziyan vuracağından narahatdır.

XS
SM
MD
LG