Accessibility links

Yardım işçilərinin İrravadi deltasına getmələrinə məhdudiyyətlər qoyulur


Beynəlxalq yardım agentlikləri bildirirlər ki, Birmanınn hərbi hökuməti xarici vətəndaşlara viza verilməsi barədə razılığa gəlsə də, Nərgiz siklonundan zərər çəkmiş İrravadi deltasına yardım işçilərinin getmələrinə məhdudiyyətlər qoyulur. BMT rəsmilərinin bildirdiyinə görə, keçən həftə baş katib Ban Gi Mun Birma lideri Than Şve ilə görüşündən sonra Birma viza verilməsi barədə razılığa gəlmişdi. Bunlarla yanaşı rəsmilər bildirirlər ki, xaricdən gələn yardım işçilərinin çox az hissəsinə 2,4 milyon insanın ziyan çəkdiyi deltaya getmələrinə icazə verilir. Bu ərazilərdəki insanlar su, ərzaq və dərman ehtiyacındadırlar.
XS
SM
MD
LG