Accessibility links

ABŞ ali təhsil ocaqlarında ödəniş haqqı sürətlə artır


Amerikada Ali təhsil ocaqlarına tələbələrin cəlb edilməsinə yardım edən şirkətlərə kolleclər, tələbələr bəzən də hər ikisi tərəfindən pul ödənməsi, ehtimal olunan mənafelərin toqquşması cəhətindən narahatlıqlara səbəb olur.

Birləşmiş Ştatlarda son otuz il müddətində digər sahələrlə müqayisədə ali təhsil ocaqlarının təhsil haqları sürətlə artır. Buna görə də bu yaxınlarda ölkənin nüfuzlu kollecləri tələbələrə maliyyə yadımlarını artırmaq qərarına gəldilər. Lakin bir qrup tələbə hələdə təhsil haqqının tamamını ödəməlidir ki, onlar xarici tələbələrdir. Üniversitetlərin xarici tələbələri cəlb etmək üçün daha çox səy göstərməsinin səbəblərindən biri də budur.

Böyük universitetlərin çoxu xarici tələbələri cəlb etmək üçün öz proqramlarından istifadə edirlər. Lakin kiçik təhsil ocaqları bu məqsədlə özəl şirkətlərin xidmətindən istifadə edir. Buna misal olaraq Pensilvaniya ştatındakı Albright kollecini göstərmək olar. Burada çoxu Asiya ölkələrindən olmaqla, 100 nəfər xarici tələbə təhsil alır.

Bu kolec Study Group Holdings adlı şirkət vasitəsi ilə qəbul olunan xarici tələbələrə təhsil haqqından 20 faiz güzəştə gedir. Albright kollecinin nümayəndələri deyirlər ki, kolec tələbələrdən aldığı təhsil haqqıyla şirkətin xidmətinin qarşılığını ödəyir. Şirkət yaxşı tələbələri axdarıb tapır və kolecə müraciətdən əvvəl onların İnglis dili səviyyəsini yoxlayır.

Lakin xarici tələbələr çox zaman belə şirkətlərə özləri pul verirlər. Bu şirkətlər tələbələrə lazımi sənədlərin doldurulmasında, qəbul imtahanlarına hazırlıqda və tövsiyyə məktublarının əldə olunmasında kömək edir . Bəzi şirkətlər tələbələrin Birləşmiş Ştatlara gəlmək üçün viza müraciətlərinə də kömək edir.

Bəzi şirkətlərin həm tələbələrdən həm də üniversiterlərdən pul qəbul etməsi isə narahatlıqlara səbəb olur. Bəzi təhsil rəsmiləri bu praktikanı maraqların toqquşması adlandırırlar. Onlar deyirlər ki, belə şirkətlər tələbə üçün ən yaxşı seçim olmasa da onları özlərinin pul aldığı üniversitetlərə cəlb etməyə çalışa bilərlər.

Şirkətlər isə gördükləri işin qanuni və Birləşmiş Ştatların xeyrinə olduğunu deyirlər. Onlar kolleclərlə birlikdə işləyərək, tələbələrin yaxşı təhsil almalarına kömək etdiklərini bidirirlər.

Nərminə Cəlalqızı

XS
SM
MD
LG