Accessibility links

Prins Vilyam qraflığında qeyri-leqal mühacirlər sıxışdırılır


Virciniya ştatında yerləşən Prins Vilyam qraflığı yüzlərlə qeyri-qanunu mühacirin deportasiya olunması üzündən diqqəti çəkir. Bəzi ictiamiyyət fəalları polisin sərt ölçülərinin bütün immiqrantlar üçün qorxulu atmosfer yaratdığını deyir.

Gün yaxşı keçməyib. Sübhdən yağış yağıb və indi artıq günortadır və bu adamların çoxu hələ də gündəlik iş gözlkəyirlər. Covani Baraona El Salvadordandır: "Düzdür ki, biz qeyri-leqalıq, amma biz bura işləməyə gəlmişik oğurlamağa yox."

Baraona kimi ölkəboyu yüzlərlə adam günü iş intizarında keçirirlər. Onlar kamera qarşısına çıxmaqdan boyun qaçırırlar. Onların ətrafında polis nişanlı və qeyri-nişanlı maşınlarda adamları güdür və kiminsə qanunu pozacağını gözləyirlər.

Prins Vilyamın polis kapitanı T.A. Rudy deyir ki, hər səhər burada 100-ə yaxın adam dayanardı. Amma artıq belə deyil. "Biz indi onları yoxlamırıq, çünki hələlik qeyri-qanuni heç nə etmirlər," deyə kapitan bildirir.

Kapitan Rudi polisə qanunu pozan şəxslərin mühacir statusunu yoxlamağa icazə verən yeni qraflıq qanununa işarə edir. Bu qanunun başlıca tərəfdarlarından biri Kori Styuartdır, qraflıq idarə heyətinin müdiri. Onun sözlərinə görə 2007-ci il, iyulun 7-dən bəri 468 qeyri-qanuni mühacir deportasiya edilib. 280 nəfəri deportasiya gözləyir.

Styuart qanunun ayrıseçkiliyə yol vermədiyini deyir. O, qanunun ölkə iqtisadiyyatına mənfi təsir göstərdiyini də inkar edir. Styuart təxmin edir ki, ölkədə 40 min qeyri-qanuni immiqrant var. Lakin icma fəalı Arasli Panameno deyir ki, onların sayı 15 mini ötmür. Panameno ev sahiblərini müdafiə qrupunun təhlilçisidir. O, deyir ki, qraflığın immiqrasiya qanunları icmanı qütblərə bölüb və irqi profilləşdirməyə xidmət edir.

Panameno söyləyir ki, Prins Vilyam qraflığında minllərlə adam pulsuzluq üzündən evini itirib. Bu isə Virciniya ştatında ən yüksək rəqəmlərdən biridir. Onun sözlərinə görə mühacirlər üçün yaradılmış bu növ mühit ictiamiyyətin həyatını çətinləşdirən iqtisadi tənəzzülə töhfə verib.

XS
SM
MD
LG