Accessibility links

R.Qeyts Birma hökumətini tənqid edib


ABŞ Müdafiə naziri Robert Geyts deyir ki, Birma hökumətinin beynəlxalq yardımların qarşısını alması 10 minlərlə insanın həyatına başa gələ bilər. Bu gün Sinqapurda keçirilən təhlükəsizlik forumunda cənab Qeyts Birmanı “Nərgiz” siklonundan əziyyət çəkənlərə yardım çatdırmaq üçün ABŞ gəmiləri və təyyarələrinə icazə verməməkdə ittiham edib. O deyib ki, İndoneziya və Banqladeş təbii fəlakətlərdən sonra eyni yardımları qəbul etmişdi. Bu şərhlər dünən Birma hərbi hökumətinin siklon qurbanlarını qaçqın düşərgələrini tərk edərək dağılmış kəndlərinə qayıtmağa məcbur etməsindən sonra gəlib. Şahidlərin sözlərinə görə, onlara evlərini bərpa etmək üçün yalnız bambuk şalbanlar və brezentlərdən başqa heç nə verilmir.
XS
SM
MD
LG