Livan təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, partlayıcı maddənin işə salınması nəticəsində Tripoli şəhəri yaxınlığında bir əsgər həlak olub. Rəsmilər deyirlər ki, birinci qurğunun yanında tapılan ikinci partlayıcı maddə isə işə salınmamış zərərsizləşdirilib. Abdeh şəhərindəki bugünkü insident Livanın təriqətçi zorakılıqlardan yaxa qurtarmağa çalışdığı bir vaxt baş verib. Bu zorakılıqlar demək olar ki, vətəndaş müharibəsinə çevrilib. Ölkənin baş naziri Fuad Siniora yeni hökumətin təşkili barədə dünən parlament liderləri ilə məsləhətləşmələrə başlayıb. Mümkün kabinet nümayəndələrinin siyahısını prezident Mişel Süleymana təqdim etməmişdən öncə onun bu gün siyasi liderlərlə yenidən görüşəcəyi gözlənilir.