Accessibility links

Prezident Buş Konqresi tələsməyə çağırır


ABŞ Prezidenti Corc Buş Konqresi bir sıra mühüm məsələlərdə qərar vermədiyinə görə tənqid edərək qanunvericiləri gələn həftə işə qayıdan kimi tələsməyə çağırıb. Bu gün həftəlik radio müraciətində cənab Buş Konqres tərəfindən həllini gözləyən məsələləri sadalayıb. Bu sıraya İraq müharibəsinin maliyyələşməsi və Kolumbiya ilə azad ticarət razılığı daxildir. Konqresin hər iki palatası Demokratların əlindədir, lakin prezident siyasi partiyaları bir-biri ilə əməkdaşlığa səsləyib.
XS
SM
MD
LG