ABŞ-ın Puerto Riko ərazisində seçicilər prezidentliyə Demokrat partiyasından nominasiya olunacaq namizədin müəyyənləşməsi üçün səs verirlər. Karib hövzəsində yerləşən bu ada ştat deyil, ərazi olduğu üçün Puerto rikalılar da Demokrat partiyasının qurultayına üz nümayəndələrini göndərə bilərlər. Lakin adanın sakinləri özləri noyabr ayında ümüumi seçkidə səs verməyəcəklər. Rəy sorğuları Hilari Klintonun Puerto Rikoda Barak Obamadan irəlidə olduğunu göstərir. Səsvermənin günorta başa çatacağı və nəticələrin bundan bir qədər sonra elan olunacağı gözlənilir. Demokrat partiyasının sonuncu iki seçkisi iyun ayının 3-də Montana və Cənubi Dakota ştatlarında keçiriləcək.