Accessibility links

Ehud Olmert ABŞ-a səfərindən əvvəl Fələstin prezidenti ilə görüşməlidir


İsrailin baş naziri Ehud Olmert üç günlük ABŞ səfərinə çıxmazdan əvvəl Fələstin prezidenti Mahmud Abbasla görüşməlidir. Liderlərin noyabr ayında bərpa etdikləri sülh prosesi hələ heç bir nəticə verməyib. Bügünkü müzakirələr onsuz da korrupsiya ittihamları altında olan baş nazirin istefası çağırışlarını artıra bilər. Rəsmilərin dediyinə görə, İsrailin hakim Kadima partiyası baş nazir Olmerti əvəz edəcək namizəd axtarır. Ehud Olmert isə ABŞ biznesmenindən rüşvət aldığına dair ittihamları rədd edir.
XS
SM
MD
LG