Accessibility links

Gürcüstan Rusiyanın Abxaziya regionuna əlavə qüvvə göndərməsinə etiraz edir


Gürcüstan Rusiyanın sepratçı Abxaziya regionuna aparan dəmir yol xəttinin açılışı üçün regiona əlavə qüvvə yerlədşirilməsinə etirazını bildirib. Gürcüstanın Xarici Işlər Nazirliyinin etiraz notası Rusiyanın Tbilisidəki səfirinə çatdırılıb. Səfir Vyaçeslav Kovalenko Rusiyanın qərarını müdafiə edərək, dəmir yolu qüvvələrinin regiondakı insanların həyat şəraitinin yaxşılaşdırılması üçün körpülər və dəmir yollarının bərpasına yardım edəcəyini deyib.

Rusiya 1990-cı illərdən Gürcüstandan ayrılmaq istəyən Abxaziya regiionuna sülhməramlı qüvvələr yerləşdirib. Gürcüstan onların separatizm hərəkatını dəstəklədiyini bildirir.

XS
SM
MD
LG