Accessibility links

Demokratların ilkin seçki mövsümü finala yetişir


ABŞ prezidentliyinə demokrat namizədlər Barak Obama və Hilari Klinton bu gün Montana və Cənubi Dakota ştatlarında praymeri mövsümünün son ilkin seçkilərində yarışır. Senator Barak Obama senator Hilari Klintonla partiyadan nominasiya uğrunda uzun və gərgin mübarizədə qələbə çalacağı gözlənilir. Lakin bu hələ Demokrat partiyasının bu gün səsvermə məntəqələri bağlanandan sonra noyabrda prezident seçkilərində nominasiyası ediləcək namizədi göstərəcəyi demək deyil.

Senator Barak Obama senator Hilari Klintondan nominasiya olunmaq üçün daha çox nümayəndənin dəstəyini alıb. Lakin Cənubi Dakota və Montana ştatlarının birlikdə malik olduğu 31 nümayəndənin dəstəyi onun partiyadan nominasiya olunması üçün kifayət deyil. Bu, o deməkdir ki, nominasiyanın taleyini avqust ayında Demokrat partiyasının qurultayında istənilən namizədə müstəqil səs verə biləcək partiya və seçkili rəsmilər olan super nümayəndələr həll edəcək.

XS
SM
MD
LG