Accessibility links

Kərkük yaxınlığında atışma zamanı üç Amerika əsgəri həlak olub


ABŞ-ın İraqdakı hərbi qüvvələri Kərkük yaxınlığında atışma zamanı üç Amerika əsgərinin öldüyünü bildirir. Hərbi qüvvələrin qısa bəyanatında hücumun bu gün baş verdiyi deyilir, lakin təfərrüatlar verilmir. Bundan öncə koalisiya qüvvələrinin İraqın mərkəzi və şimal bölgələrində ayrı-ayrı əməliyyatlar zamanı əl-Qaidə yaraqlısı olduğundan şübhələnilən dozzuz nəfəri saxladığı bildirilmişdi. Hərbi qüvvələrin bəyanatında göstərilir ki, əsgərlər Bağdadda bir əməliyyat zamanı dörd şübhəlini ələ keçirməklə İraqda Əl-Qaidənin bomba hücumları həyata keçirən şəbəkələrini dağıdıblar. Bir nəfərin maşına bomba yerləşdirmək və silah paylamaqda əli olduğu deyilir.
XS
SM
MD
LG