Accessibility links

Ərzaq Təhlükəsizliyi sammitində qiymətlərin qalxmasının qarşısının alınmasına çalışılır


BMT-nin sponsorluğu ilə Romada keçirilən Ərzaq Təhlükəsizliyi konfransında təşkilat ərzaq qimətlərinin qalxmasının qarşısının alınması məqsədi ilə 15-lə 20 milyard dollara ehtiyac olunduğu bildirir. BMT-nin baş katibi ban Gi Mun nümayəndələr qarşısında etdiyi çıxışı zamanı deyib ki, bu məbləğə ərzaq istehsalının artırılması üçün ehtiyac var. Üç günlük Roma sammitinə toplaşan dünya ölkələrinin liderləri qlobal ərzaq böhranını həll etməyə çalışır. BMT-nin baş katibi ban Gi Mun deyib ki, 2030-cu ilədək ərzaq istehsalı tələbatın qarşılanması üçün 50% artırılmalıdır.

Dünya Bankının prezidenti Robert Zelik dünya ölkələrini ticarət maneələrinin ləğvinə çağırıb. Ümumdünya Ərzaq Proqramı isə 60 ölkədə on milyonlarla insana yardım məqsədi ilə donor ölkələrin köməyinə böyük ehtiyac duyulduğunu bildirir. Ərzaq Təhlükəsizliyi sammaitnə BMT-nin Romadakı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ev sahibliyi edir.

XS
SM
MD
LG