Accessibility links

Rusiya parlamenti Ukraynanın NATO-ya üzvlüyünə qarşı olmaqda davam edir


Rusiya parlamenti Ukrayna NATO-ya üzvlük kursunu davam etdirərsə prezident Dmitri Medvedevin həmin ölkə ilə dostluq müqaviləsindən çıxmasını istəyir. Parlamentin aşağı palatası Duma bu gün öhdəliksiz ölçünü təsdiq edib. Tövsiyədə bildirilir ki, Ukraynanın Qərblə münasibətləri yaxşılaşdırması onun de-fakto müqaviləni tərk etməsi demək olacaq.

Rusiya-Ukrayna münasibətləri 2004-cü ildə Ukraynada baş verən Narıncı İnqilabdan sonra pisləşib. Həmin inqilab nəticəsində qərbyönümlü Viktor Yuşçenko hakimiyyətə gəldi. Rusiya davamlı şəkildə Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb.

XS
SM
MD
LG