Accessibility links

Polşa Rusiya müfəttişlərinin ABŞ-ın planlaşdırdığı raketlərdən müdafiə obyektinə getməsinə icazə verəcək


Rusiyanın qəzetinin yazdığına görə, Polşa Xarici İşlər naziri deyib ki, onun ölkəsi Rusiya müfəttişlərinə ABŞ-ın yerləşdirmək istədiyi raketlərdən müdafiə obyektinə getməyə icazə verməy hazırdır. “Qazeta” Polşa Xarici İşlər naziri Radoslav Sikorskiyə istinadən xəbər verib ki, rusların obyektə vaxtaşırı getməsinə imkan yaradılacaq. Lakin o qeyd edib ki, Varşava bu obyektdə Rusiyanın daimi personalının mövcudluğuna etiraz edəcək.
XS
SM
MD
LG