Accessibility links

Ərzaq Təhlükəsizliyi konfransında qlobal aclıqla mübarizə barədə razılıq əldə edilib


BMT-nin sponsorluğu ilə Romada təşkil edilən sammitdə artmaqda olan qlobal aclıqla mübarizə məqsədi ilə əldə edilən razılıq 11 saatlıq müzakirələrin nəticəsi olub. Kubanın Amerika Birləşmiş Ştatlarının ona qarşı iqtisadi sanksiyaların pislənməsini tələb etməsi ilə dünən təsdiq edilməli olan razılığı əldə etmək mümkün olmamışdı.

BMT Ərzaq Təhlükəsizliyi konfransında ərzaq qimətlərinin qalxmasının qarşısının alınması məqsədi ilə 15-lə 20 milyard dollara ehtiyac olduğunu bildirib. Üç günlük Roma sammitinə toplaşan dünya ölkələrinin liderləri qlobal ərzaq böhranını həll etməyə çalışıb. BMT-nin baş katibi Ban Gi Mun deyib ki, 2030-cu ilədək ərzaq istehsalı tələbatın qarşılanması üçün 50% artırılmalıdır.

XS
SM
MD
LG