Accessibility links

Türkiyə və İran Iraqdakı kürd hərbi bazalarına qarşı birgə əməliyyatlar keçiriblər


Türkiyənin ali hərbi rəsmisi deyib ki, Türkiyə və İran şimali Iraqdakı kürd hərbi bazalarına qarşı birgə zərbələr endiriblər. Türk mediası bu gün quru qüvvələrin komandiri, general İlker Başbuğa istinadən bildirib ki, Tehran və Ankara arasında kəşfiyyat məlumatları mübadiləsi aparılır. Başbuğ bildirib ki, İran sərhədləri adlayaraq hücum edəndə Türkiyə də öz tərəfindən oxşar əməliyyat keçirir.
XS
SM
MD
LG