Accessibility links

Türkiyə məhkəməsi universitetlərdə baş örtüyünün qadağan edilməsi haqda qərar verib


Türkiyənin ali məhkəməsi ölkə universitetlərində baş örtüyü geyməyi qadağan edib. Məhkəmənin bu günkü qərarı ilə on illərdir qadınların tədris ocaqlarında baş örtüyü geyməsinə qoyulmuş qadağını aradan qaldıran konstitusiyaya dəyişikliklər ləğv edilib. Prezident Abdullah Gülün fevral ayında təsdiq etdiyi islahatların Türkiyənin dünyəvi prinsiplərini pozduğu deyilirdi. Təhlilçilər hesab edir ki, qərar Türkiyənin Baş prokurorur Əbdürrəhman Yalçinkayanın hakimiyyətdə olan Ədalət və İnkişaf partiyasını bağlamağa yönəlmiş mübahisəli cəhdini gücləndirə bilər.
XS
SM
MD
LG