Accessibility links

Gürcüstanın yeni parlamentinin açılış iclası keçirilib


Keçmiş Sovet respublikası olan Gürcüstanın yeni seçilmiş parlamenti bu gün səhər ilk iclasını keçirib. Ancaq açılışı boykot edən müxalifət partiyaları seçkilərin saxtalaşdırıldığını bildirərək sessiyada iştirak etməyib. Mayın 21-i seçkilərində 150 yerdən 119-na yiyələnən qərbyönümlü prezident Mixail Saakaşvilinin Milli Birlik Hərəkat partiyası parlamentdə üstünlük əldə edib. Bu gün parlament binasının qarşısında müxalif qanunvericilər və onların tərəfdarları etiraz aksiyası keçirib. Gürcüstan NATO-ya qoşulmağa dəvət olunub, bu isə qonşu Rusiyanı qəzəbləndirir. Tbilisi Moskvanı Rusiya ilə yaxın əlaqələr qurmaq istəyən separatçılara yardım etməkdə ittiham edir.
XS
SM
MD
LG