Accessibility links

Lora Buş Əfqanıstana gözlənilməz səfər edib


ABŞ-ın birinci xanımı Lora Buş Əfqanıstana elan edilməmiş səfərdədir. Xanım Buş bildirib ki, belə bir mühüm zamanda dünya ictimaiyyəti Əfqanıstanı tək buraxa bilməz. Birinci xanım Əfqanıstanda əldə olunan irəliləyişləri vurğulayıb və beynəlxalq ictimaiyyəti Əfqanıstana yardım səylərini gücləndirməyə çağırıb. Səfəri əsnasında xanım Buş bir sıra layihələrə baş çəkəcək. O, həmçinin ABŞ qüvvələrinin idarə etdiyi polis akademiyasında təhsil alan qadın tələbələrlə görüşəcək. Birinci xanım Kabildən Bamiyana helikopterlə uçaraq 2001-ci ildə Talibanın dağıtdığı 2 Budda heykəlini nəzərdən keçirib. Qarşıdan gələn cümə axşamı Parisdə keçiriləcək beynəlxalq donor konfransında ABŞ Əfqanıstana yardım üçün müraciət etməyi planlaşdırır.
XS
SM
MD
LG