Accessibility links

Corc Buş:"Güclü dollar həm ABŞ, həm də qlobal iqtisadiyyatın marağındadır."


ABŞ prezidenti Corc Buş bu gün Avropaya yola düşməzdən əvvəl verdiyi qısa açıqlamada iqtisadi durum və enerji qiymətlərinin artması ilə bağlı narahatlığını ifadə edib. Ağ evdə müxbirlərlə danışan cənab Buş deyib ki, dolların güclənməsi Birləşmiş Ştatlar və dünya iqtisadiyyatının marağındadır. Prezident Buş deyib ki, ABŞ-ın kapital bazarı dünyada ən güclü, onun pula çevrilmək qabiliyyəti dünyada ən yüksəkdir və Amerika iqtisadiyyatının uzun müddət üçün sağlam olması onun valyutasının dəyərindən asılı olacaq. Cənab Buş həmçinin bildirib ki, o, bir həftə sürəcək səfəri zamanı Avropa liderlərilə ABŞ-ın dolların güclənməsi məsələsində növqeyi haqda danışacaq.
XS
SM
MD
LG