Accessibility links

ABŞ Pxenyanın nüvə obyektlərinin bağlanması prosesinin sürətləndirilməsinə çalışır


ABŞ Dövlət Departamentinin Şimali Koreya üzrə nümayəndəsi Sung Kim Pxenyanın nüvə obyektlərinin bağlanması prosesinin sürətləndirilməsi məqsədi ilə bu ölkəyə səfər edib. Amerikanın Seuldakı səfirliyinin bildirdiyinə görə, cənab Kim sabah Cənubi Koreyaya qayıtmalı, cümə axşamı günü isə Vaşinqtona yola düşməlidir.

ABŞ Dövlət Departamentinin Şimali Koreya üzrə nümayəndəsinin səfəri Şimali Koreyanın terrorizmə qarşı bəyanat açıqladığı vaxta təsadüf edir. Stalinist ölkə Amerikadan adının terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılmasını tələb edir.

XS
SM
MD
LG