Accessibility links

Bağdadın Kazimiyyə məhəlləsində bomba hücumu həyata keçirilib


İraq rəsmiləri Bağdadın şimal bölgəsində yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində azı 5 nəfərin həlak olduğunu və 10 nəfərin yaralandığını bildirirlər.Təhlükəsizlik rəsmilərinin dediklərinə görə, bomba hücumu Bağdadın şiələrin yaşadığı Kazimiyyə məhəlləsində bir mikroavtobusun dağılmasına səbəb olub.

Bu arada Birləşmiş Ştatların hərbi rəsmiləri bildirirlər ki, bu gün səhər Bağdadın cənub-şərqində keçirilən reyd zamanı bomba istehsal etmək üçün İranda təlim keçdiyi ehtimal olunan şəxs ələ keçirilib. Hərbçilərin bəyanatında qeyd edilib ki, həbs edilən şəxsin bir neçə dəfə İrana səfər etdiyi təxmin edilir.

XS
SM
MD
LG