Accessibility links

NATO qüvvələrinin hücumları zamanı Pakistan sərhədçiləri qətlə yetirilib


Pakistanın bildirdiyinə görə, ABŞ-ın Əfqanıstandakı koalisiya qüvvələrinin sərhəddəki yoxlanış məntəqəsi yaxınlığında keçirdikləri hava hücumları nəticəsində Pakistanın 11 təhlükəsizlik işçisi qətlə yetirilib. Pakistan rəsmiləri Əfqanıstanla sərhəddə baş verən bu insidenti Pakistanın terrorizmlə mübarizəsinə qarşı “qorxaq bir akt adlandırmışlar.” İnsidentin detalları barədə geniş məlumat verilməyib.

Birləşmiş Ştatların Əfqanıstandakı hərbi rəsmiləri koalisiya qüvvələrinin ölkənin daxilində, Pakistanla sərhəddən 200 metr məsafədəki Kunar vilayətindəki yaraqlılara qarşı əməliyyatlar apardıqlarını və əməliyyatların Pakistan tərəfi ilə razılaşdırıldığını deyirlər.

Qeyd edək ki, son aylar Əfqanıstanla Pakistanın açıq sərhəddində sərhədçilər arasında bir neçə dəfə qarşıdurma olub. Lakin bu, koalisiya qüvvələrinin iştirak etdiyi və buna qarşı Pakistan hökumətinin belə ciddi reaksiya vediyi ilk insidentdir.

XS
SM
MD
LG