Accessibility links

Rusiya BMT-nin Kosovodakı missiyasının başçısının cəzalandırılmasını tələb edir


Rusiya BMT-nin Kosovodakı missiyasının başçısının səlahiyyətlərini Avropa Birliyinin missiyasına verməyə hazırlıq işləri apardığına görə inzibati qaydada cəzalandırılmasını tələb edir. Rusiya Xarici İşlər nazirliyi bu gün açıqladığı bəyanatda bu addımı qeyri-qanuni adlandıraraq, onun Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmədiyini bildirib. Bəyanatda Yoahim Rukerin işdən çıxarılması da daxil edilməklə, onun cəzalandırılmasına çağırılır. BMT rəsmiləri bildirirlər ki, təşkilat bazar günü yeni konstitusiya qüvvəyə mindikdən sonra Kosovoda beynəlxalq missiyada struktur dəyişiklikləri aparacaq.
XS
SM
MD
LG