Accessibility links

Hakkaridə türk əsgəri minaya düşüb


Türkiyə mətbuatının bildirdiyinə görə, ölkənin cənub-şərqində bir əsgər kürdlərin yerləşdirdiyi təxmin edilən minanın üzərindən keçərək həlak olub. Verilən məlumatlarda deyilir ki, hadisə bu gün İraq sərhədinə yaxın Hakkari vilayətində baş verib. Həlak olan şəxs fəaliyyati qadağan olunmuş PKK yaraqlılarına qarşı regional təhlükəsizlik tədbirlərini həyata keçirən əsgərlərdən biri idi. 5 min xüsusi təlim keçmiş qoşun əraziyə nəzarət edir. Bu il Türkiyə ordusu həm Türkiyə ərazisində, həm də İraqın şimalında PKK-ya qarşı hərbi əməliyyatlar həyata keçirib. PKK 25 ildir ki Türkiyənin cənub-şərqində muxatiryyət uğrunda mübarizə aparır. Zorakılıqlar nəticəsində 30 mindən çox insan həlak olub.
XS
SM
MD
LG