Accessibility links

Robert Muqabe onu dəstəkləyənləri mübarizəyə hazır olmağa çağırıb


Zimbabve prezidenti Robert Muqabe Morqan Tsvangirai iyun ayının 27-də keçiriləcək ikinci dönəm prezident seçkilərində qalib gələrsə, onu dəstəkləyənləri silahlanmağa çağırıb. Dövlət mediasının yazdığına görə, prezident bu gün 1970-ci il azadlıq müharibəsi veteranlarına müraciət edib. O, deyib ki, Tsvangirainin qələbəsi ölkəni müharibəyə sürükləyə bilər. Müxalifətin Demokratiya Uğrunda Dəyişiklik hərəkatı isə bu gün bildirib ki, Tsvangiraini dəstəkləyənlərlə dolu iki avtobus polis tərəfindən saxlanıb.
XS
SM
MD
LG