Accessibility links

Əfqanıstanda 1100 məhbus həbsdən qaçıb


Əfqanıstan və NATO qüvvələri ölkənin cənubundakı həbsxanadan qaçan 1100-dən çox məhbusu axtarır. NATO sözçüsü Briqada generalı Karlos Brako deyib ki, əsgərlər Talibanın dünən Qəndahar həbsxanasında həyata keçirdiyi reyd zamanı qaçan dustaqları ələ keçirmək üçün ərazini mühasirəyə alıb. Taliban yaraqlıları həbsxanaya partlayıcı maddələr və raketlərlə hücum edərək, 15 təhlükəsizlik nəzarətçisini öldürüb. Ölkənin Ədliyyə nazirinin müavini Məhəmməd Qasim Haşimzai deyir ki, daha sonra yaraqlılar obyekti dağıdıb və həbsdə olan yaraqlıların qaçmasına kömək edib. Rəsmilərin sözlərinə görə, məhbusların demək olar ki, üçdə biri Taliban üzvləridir.

XS
SM
MD
LG