Accessibility links

Bişkekdə minlərlə insan Çingiz Aytmatovu son mənzilə yola saldı


Bu gün 20 mindən artıq insan Qırğızıstan paytaxtında yazıçı Çingiz Aytmatovun dövlət səviyyəsində dəfn mərasimində iştirak edib. Çingiz Aytmatov bu həftə Almaniyada pnevmoniya xəstəliyi səbəbilə 79 yaşında dünyasını dəyişib.

Yazıçı sovet dövrü bir sıra romanlarına görə dünya şöhrəti qazanmışdır. Onun ən məşhur romanları “Cəmilə” və “Gün var əsrə bərabər” əsərləri olmuşdur.

Qırğızısıtan prezidenti Kurbanbak Bakiyev dəfn mərasimində çıxış edərək deyib kı, Prezident Kurmanbek Bakiyev deyib ki, qırğız xalqı özünün ən yaxşı oğullarından birini itirdiyi kimi, dünya da öz xeyirxah müjdəçisini itirib .

Rusiya prezidenti Dmitri Medvedev Aytmatovun vəfatı ilə əlaqədar baş sağlığı verərək, Aytmatovun əsərlərinin mərhəmət, ədalət və humanizm ideyalarını təlbliğ etdiyini deyib.

XS
SM
MD
LG