Accessibility links

Əfqanıstan Pakistanı hədələyir


Əfqanıstan prezidenti Həmid Karzay Pakistana qoşun göndərəcəyi barədə təhdidlərlə çıxış edib. Onlar sərhəddən ölkənin ərazisini hücum edən yaraqlılarla mübarizə aparacaq. Prezident mətbuat konfransında deyib ki, Pakistan yaraqlılarının Əfqanıstana hücum etməsi faktı bizə terrorçu sığınacaqlarını dağıtmaq üçün sərhədlərimizdən kənara çıxmağa haqq verir. O, Pakistanın bir neçə terrorçu liderlərinin adını çəkib. Bunlara Taliban liderləri Molla Ömər, Pakistan siyasətçisi Benazir Bhuttonun qətlində şübhəli bilinən Beytulla Məshud daxildir. Cənab Karzayın sözlərinə görə, əfqan ordusu onları terrorçuların öz evində axtaracaq. O deyib ki, Əfqanıstan ötən illərdə aldıqları zərbələrin qisasını alacaq.


XS
SM
MD
LG