Dünən Yaponiyanın şimal bölgəsində baş verən zəlzələ səbəbi ilə
ölənlərin daha üçünün cəsədi aşkar edilib. Xilasetmə işçiləri
tərəfindən cəsədlər zəlzələ zamanı dağılan 400 illik mehmanxananın
dağıntıları altından tapılıb. Beləliklə ölənlərin sayı 9 nəfər olur.
Yapon rəsmiləri zəlzələnin episentrinin paytaxt Tokiodan 400 km-də
yerləşən İvate regionunda olduğunu bildirir. Zəlzələdən sonra 150-dən
artıq yeraltı təkan qeydə alınıb. Minlərlə adam işıqsız qalıb. Region
yaxınlığındakı iki Atom Elektrik Stasiyasına ziyan dəydiyi xəbər
verilir.