Accessibility links

Suriya prezidenti Fransa prezidenti Nikola Sarkozinin iki müşaviri ilə görüş keçirib


Suriya prezidenti Bəşar Əl-Əsəd bu gün Fransa prezidenti Nikola Sarkozinin iki müşaviri ilə görüş keçirərək, ölkələr arasında gərgin münasibətlərin normallaşdırılmasına çalışıb. Suriyanın SANA xəbər agentliyinin bildirdiyinə görə, Dəməşq müzakirələri əsasən iki ölkə arasında əlaqələr, Liviya və Suriyanın İsraillə danışıqları üzərində mərkəzləşib. Məlumatda deyilir ki, müşavirlər prezident Əl-Əsədə cənab Sarkozinin məktubunu çatdırıb. Sarkozi idarəsi Dəməşq görüşünü səmərəli və konstruktiv adlandırıb. Fransanın Suriya ilə əlaqələri keçən il Livanın sabiq baş naziri Rafiq Əl-Həririyə qarşı sui-qədsdə Dəməşqi günahlandırmasından sonra kəsilmişdi.

XS
SM
MD
LG