Accessibility links

ABŞ prezidenti Britaniyanın İrana qarşı sanksiyaları gücləndirmək vədini alqışlayıb


ABŞ prezidenti Corc Buş Britaniyanın İrana qarşı sanksiyaları gücləndirmək və Əfqanıstanda Talibana qarşı mübarizə aparmaq üçün əlavə əsgəri qüvvə göndərmək vədini alqışlayıb. Cənab Buş və baş nazir Qordon Braun Londonda keçirilən mətbuat konfransı zamanı İran, İraq və Əfqanıstanda vəziyyətlə bağlı həmrəy mövqedən çıxış ediblər. Cənab Braun deyib ki, Əfqanıstana əlavə əsgəri qüvvə göndərməklə Britaniya bu ölkədə əsgərlərinin sayı ən çox olan ölkə olacaq. O, detalların daha sonra elan ediləciyini bildirib. Baş nazir Qordon Braun Britaniya qüvvələrinin bu ilin sonu İraqdan çıxarılacağına dair şaiyələrə son qoyaraq deyib ki, onun hökuməti əsgərləri bu ölkədə saxlamaq əzmindədir. O həmçinin Britaniyanın İranın ən böyük bankının aktivlərini donduracağını deyib. Baş nazirin sözlərinə görə, Tehran qərb ölkərilə mübahisəli nüvə proqramı ətrafında fikir ayrılıqlarını azaltmaq istiqamətində iş aparmasa, bütün Avropa İrana qarşı sanksiyaları gücləndirməyə hazırdır.

XS
SM
MD
LG