Accessibility links

Amnesty İnternational qərb ölkələrini tənqid edib


Amnesty İnternational qərb ölkələrini təqribən 5 milyon İraq qaçqınına yardım səylərinə görə tənqid edib. Təşkilatın son hesabatında beynəlxalq böhrana çevrilən qaçqın probleminə lazımi cavab verilmədiyi bildirilir. İnsan hüquqları müdafiəsi təşkilatı Amnesty İnternational İordaniya və Suriyada sığınacaq tapan qaçqınların ehtiyaclarının bu ölkələr tərəfindən qarşılanmadığını bildirir. Amnesty İnternational xüsusilə ABŞ-ın başçılığı altında İraqı işğal edən ölkələri humanitar yardımlar üçün daha artıq vəsait ayırmağa çağırıb. Avropa İttifaqı İraqın məcburi köçkünlərinə 31 milyon dollar yardım göstəriləcəyini elan edib. 37 milyon dollar isə Fələstin qaçqınları ilə məşğul olan BMT agentliklərinə veriləcək.

XS
SM
MD
LG