Accessibility links

Neftin qiyməti yeni rekord həddə çatıb


Nyu York hərracında gələcəkdə çatdırılacaq bir barrel xam neftin qiyməti alqı-satqı zamanı 139 dollar 89 sent olub. Xam neftin qiyməti ABŞ dollarının məzənnəsinin düşməsindən sonra qalxıb.

Dolların zəifləməsi dünyada ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanın təchizatla bağlı narahatlıqlara görə neft hasilatını artıracağı haqda xəbərləri kölgədə qoyub.

Xam neftin qiymətinin qalxmasından öncə də Birləşmiş Ştatlarda yanacq qiymətləri rekord səviyyəyə yüksəlmişdi. Ölkə üzrə bir litr benzinin qiyməti bir dollar yeddi sentdir. Bu, keçən illə müqayisədə 28 sent artıqdır.

Qiymətlərin qalxması Birləşmiş Ştatlarda hava yolları şirkətlərinin təyyarədə daşınan yüklərə rüsumu artırması ilə nəticələnib. Amerika hava yolları şirkəti ilk yük üçün 15 dollarlıq rüsüm qoyub. United və US hava yolları şirkətləri sərnişinlər üçün yeni rüsumlar tətbiq edir. Hava yolları şirkətləri bunun səbəbini yalnız neftin qiymətinin artması ilə izah edirlər.

XS
SM
MD
LG