Accessibility links

Fransa NATO-nun hərbi komandanlığına qayıdır


Fransa prezidenti Nikola Sarkozi 40 illik fasilədən sonra Fransanın NATO-nun hərbi komandanlığına qoşulacağını elan edib. Lakin o, Fransanın nüvə arsenalının ölkənin sıx nəzarəti altında saxlanacağnı deyib. Bu gün Parisdə danışan cənab Sarkozi bu qərarın Fransa və bütöv Avropanın terrorizm təhlükəsinə cavab olaraq verildiyini deyib. Fransanın dövlət başçsı NATO-ya qayıdış tarixi haqda məlumat verməyib. Lakin təhlilçilər bunun gələn il baş tutacağını deyirlər. Fransanın sabiq prezidenti Şarl De Gol Fransanı NATO komandanlığından 1966-cı ildə çıxarmışdı.

XS
SM
MD
LG