Accessibility links

Livanda təriqətlərarası qarşıdurmalar davam edir


Livan ordusu ölkənin Bekaa Vadisi kəndlərində təriqətlərarası qarşıdurmalar nəticəsində azı 3 nəfərin qətlə yetirildiyi bildirir. Livan televiziyasındakı kadrlarda Saadnayel və Taalbaya kəndlərində baş verən qarşıdurma səbəbilə sakinlərin evlərindən qaçdığı və Livan ordusunun regionda sakitliyi bərpa etmək məqəsdi ilə nəzarəti ələ almağa çalışdığı nümayiş etdirilir. Atışma zamanı raket mərmilərinin yola töküldüyündən, ərazidəki əsas yol bağlanmışdır. Bu, son bir həftə ərzində hökumət tərəfdarı sünni yaraqlıların Hizbullah tərəfdarı şiə yaraqlıları arasında artıq ikinci qarşıdurmadır.

France Press Agentliyinin məlumatında deyilir ki, keçən gecə baş verən qarşıdurma zamanı yaarqlılar bir-birlərinə qarşı avtomat silahlardan, raket mərmilərindən və minamyotlardan istifadə etmişlər. Beyrutdan tutmuş, ölkənin digər regionlarında Livanın sünni və şiə müsəlmanları arasında baş verən zorakılıqlar Suriya tərəfdarı Hezbullahın may ayının 9-da Qərbi Beyrut üzərində nəzarəti müvəqqəti ələ almasından sonra baş qaldırıb.

XS
SM
MD
LG