Accessibility links

Bağdadın şiə məhəlləsinə hücum təşkil edilib


ABŞ hərbçiləri bildirirlər ki, şiə yaraqlıları sünnilərlə təriqətlərarası zorakılıqları alovlandırmaq məqsədilə Bağdadın şiə məhəlləsində hücum təşkil ediblər. Hərbi sözçü Steven Stover bu gün bildirib ki, hücum 63 nəfərin ölümünə və 75 adamın yaralanmasına səbəb olmuşdur. Hücumu Heydər Mehdi Xadum Əl-Favadinin başçılıq etdiyi xüsusi qrup həyata keçirib. Stoverin sözlərinə görə, Favadi sünnilərin Hüriyyə məhəlləsinə köçməsinin qarşısını almaq üçün hücuma əmr verib.
Dünənki bomba hücumu son 3 ayda İraq paytaxtında ən ölümcül terror aksiyası olub.

XS
SM
MD
LG