Accessibility links

Əfqanıstanda Taliban yaraqlılarına qarşı əməliyyatlar davam edir


Əfqanıstan və NATO qüvvələrinin Taliban yaraqlılarına qarşı keçirdikləri əməliyyatlar zamanı azı 23 yaraqlının öldürüldüyü xəbər verilir. Əfqanıstan Müdafiə Nazirliyinin bildirdiyinə görə, bugünkü qarşıdurma Arqandab mahalından başlayaraq, Qəndahar şəhərinin cənubuna keçmiş və Əfqan ordusunun iki zabitinin də ölümünə səbəb olmuşdur. Əməliyyatlar zamanı NATO qüvvələrinin və Əfqan ordusunun hərbi vertolyotlardan istifadə etdikləri deyilir. Taliban sözçüsünün dediyinə görə, yaraqlılar Qəndəhara hücumlar həyata keçirmək üçün Arqandab mahalının nəzarətini əllərinə almağa çalışırlar.

XS
SM
MD
LG