Accessibility links

Suriya prezidenti Bəşər Əl-Əsəd İsraillə danışıqlardan imtina edib


Suriya prezidenti Bəşər Əl-Əsəd iyul ayının 13-ü Parisdə keçiriləcək sammitdən öncə İsrailin baş naziri Ehud Olmertlə görüşdən imtina edib. Bu gün Hindistanda etdiyi çıxışı zamanı cənab Əssəd, onun sözləri ilə " texnokratlar danışıqların əsasını qoymayınca danışıqların aparılması mənasızdır" deyib. Cənab Əsəd bu yaxınlarda Türkiyənin birbaşa da olmasa, vasitəçiliyi ilə keçirilən sülh danışıqlarının pozitivliyini vurğuladı.

Xatırladaq ki, Syriya ilə İsrail mübahisəli Qolan Yüksəklıkləri məsələsinin həllinə çalışırlar. Suriya İsrailin bu strateji yüksəklikdən tamamilə çəkilməsini istəyir. İsrail isə Suriyanın bu tələbini rədd edir.

XS
SM
MD
LG