Accessibility links

Taliban yaraqlıları Əfqanıstanın bir çox kəndlərindən çıxarılıb


Əfqanıstan Müdafiə Nazirliyinin bildirdiyinə görə, əfqan və xarici qüvvələr Taliban yaraqlılarını ölkənin cənubundakı kəndlərdən təmizləyiblər. Qırıcı təyyarələrin müşayiəti ilə keçirilən irimiqyaslı hücum zamanı Taliban Qəndəhar vilayətinin Ərqandan rayonunun bir çox kəndlərindən çıxarılıb. Qəndəhar vilayətinin qubernatoru Əsədulla Xalid deyib ki, içərisində bir çox pakistanlı olmaqla yüzlərlə yaraqlı öldürülüb və ya yaralanıb. NATO faktı təsdiqləməyib, Əfqanıstan Müdafiə nazirliyi isə bildirib ki, 56 yaraqlı öldürülüb. Alyansın sözçüsü briqada generalı Karlos Branko Amerikanın səsinə açıqlamasında əməliyyatın uğurlu keçdiyini və qarşıdakı bir neçə gündə də davam edəcəyini bildirib.

XS
SM
MD
LG