İraqda
ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri gecə yarı Bağdadın şimalında
Əl-Qaidə üzvü olmaqda şübhəli bilinən 4 nəfəri öldürüb. Bu gün açıqlanan
bəyanatda deyilir ki, koalisiya qüvvələri Bələddə qrupun partlayıcı şəbəkəsini
hədəfə alan ardıcıl əməliyyatlar keçirib. Digər 6 şübhəli isə həbs edilib.
Bundan başqa ABŞ ordusu bildirir ki, Diyala vilayətində 3 yolkənarı bomba
partlayışı nəticəsində 1 koalisiya əsgəri həlak olub, 5 nəfər isə yaralanıb.
Ölən əsgərin milliyyəti barədə məlumat verilmir. Bağdadda isə koalisiya
qüvvələri 2 şübhəlini həbs ediblər. Onlardan birinin Əl-Qaidə mətbuat
şəbəkəsinin başlıca liderlərindən olduğu ehtimal olunur.